Kriminal

Toy karvanında avtoxuliqanlıq edənlər cəzalandırıldı - Video

08 Jun 2026, 16:59 13 baxış Admin
Toy karvanında avtoxuliqanlıq edənlər cəzalandırıldı - Video

Saatlı RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin keçirdiyi tədbirlərlə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar.

News24.az xəbər verir ki, araşdırma zamanı H.Tağızadənin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.

Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. (Qafqazinfo)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər