8-ci mərtəbədən yıxılan azyaşlının vəziyyəti ağırdır
08 Jun 2026, 14:09
11 baxış
Admin
Bakıda 8-ci mərtəbədəb yıxılan azyaşlı uşağın vəziyyəti açıqlanıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, azyaşlıya zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsində davam etdirilir.
Məlumata görə, 2023-cü il təvəllüdlü oğlan uşağının vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə iyunun 7-də gecə saatlarında Bakı şəhərinin Xocalı prospekti 24A ünvanında baş verib. Azyaşlı müştərək zədələnmələrlə xəstəxanaya çatdırılıb.
Mənbə:
news24.az