Dünya

Kremldən Zelenskiyə: İstədiyi vaxt Moskvaya gələ bilər

05 Jun 2026, 13:48 6 baxış Admin
Kremldən Zelenskiyə: İstədiyi vaxt Moskvaya gələ bilər

Rəsmi Moskva Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə ikili görüş təklifinə münasibət bildirib.
Bakupost.az xarici KİV-lərinə istinadən xəbər verir ki, Zelenski açıq məktubunda “Ukrayna müharibənin yalnız bizim və sizin aranızda, ikili formatda bitirilməsini təklif edir. Görüşməyi təklif edirəm” – deyə, vurğulayıb.Kremlin sözçüsü Dmitriy Peskov isə cavabında qeyd edib ki, Zelenski istədiyi vaxt Moskvaya gələrək Putinlə görüşə bilər. O əlavə edib ki, məktub Kreml tərəfindən araşdırılır.
Peskov eyni zamanda münaqişənin həlli istiqamətində ABŞ-nin səylərinə də toxunaraq bildirib ki, Rusiya heç vaxt ABŞ-nin rolunu ideallaşdırmayıb və ölkənin milli maraqları hər zaman prioritet olaraq qalır.
Bahar Babaşova, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər