Dünya

Lavrov: Ermənistan seçimini etdi

05 Jun 2026, 10:12 11 baxış Admin
Lavrov: Ermənistan seçimini etdi

Ermənistan Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) arasında seçim sınağı ilə üzləşib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“İndi qonşu Ermənistan da Aİ tipli “ya bu, ya da o” testindən keçir. Prezident Vladimir Putin mayın 9-da keçirilən mətbuat konfransında bu mövzu haqqında ətraflı danışıb. Ermənistan özü qərar verməlidir, öz seçimini etməlidir: AİB-də qalmaq, yoxsa Aİ-yə qoşulmaq istəyir? Erməni xalqının istənilən seçiminə hörmətlə yanaşacağıq, amma bu seçim edilməlidir”, - o bildirib.

Lavrovun sözlərinə görə, İrəvan artıq Aİ-yə üzvlüklə bağlı qanun qəbul edib:

“Əgər belə bir qanun varsa, deməli, artıq məsələyə dair qəti mövqeyə maliksiniz. Amma bu halda gəlin, dediyimiz sözlərə görə məsuliyyət daşıyaq və bunu xalqa bəyan edək”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər