Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi
04 Jun 2026, 14:27
12 baxış
Admin
Azərbaycanın ən yaşlı sakini vəfat edib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
136 yaşlı Tamam Əzizova xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurmuş.
Mənbə:
bakupost.az