Cəmiyyət

Bakıda binanın divarı maşınların üzərinə aşdı

04 Jun 2026, 13:06 10 baxış Admin
Bakıda binanın divarı maşınların üzərinə aşdı

Bakıda binanın divarı minik avtomobillərinin üzərinə aşıb.

Bakupost.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Qarabağ küçəsində baş verib.

Bir müddət əvvəl söküntüsü aparılmış 4 mərtəbəli binanın yolun kənarında olan qalıq hissəsi qəfil uçub.

Divar ərazidə park edilmiş avtomobillərin üzərinə aşıb.

Hadisə anı ərazidəki kamera tərəfindən anbaan lentə alınıb.

Daha ətraflı süjetdə:


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər