Dünya

““Qarabağ Ermənistandır” deyən mən idim, amma bu tələ idi” - Paşinyan

03 Jun 2026, 14:28 2 baxış Admin
““Qarabağ Ermənistandır” deyən mən idim, amma bu tələ idi” - Paşinyan

“Bəli, “Qarabağ Ermənistandır və nöqtə” deyən şəxs mən idim. Çünki 30 il ərzində bizə aşılanan ideyaya inanırdım. Amma mən bu yol ilə getdim və gördüm ki, bu münaqişəni, bu qanayan yaranı gələcək nəsillərə ötürməyə haqqımız yoxdur. Biz övladlarımıza sülh miras qoymalıyıq”.

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Mən bu problemi bütün mümkün yollarla araşdırdım və gördüm ki, bu, bir aldanışdır, bir tələdir. Bəli, xalqıma bunun yanlış yol olduğunu, “Qarabağ hərəkatı”nı dayandırmalı olduğumuzu və davam etdirməməli olduğumuzu demək cəsarətini göstərən də mən oldum.

Bunun sayəsində bu gün biz əvvəlkindən daha çox dövlətik, daha müstəqilik, daha təhlükəsizik və daha firavanıq”, — deyə Nikol Paşinyan baş nazirin təbliğat avtomobilinin yaxınlığında, toplaşan uşaqların alqışları fonunda bildirib.

O qeyd edib ki, hazırda ölkəsində sülh bərqərar olub:

“Mən hamınızı bərqərar olmuş sülh münasibətilə təbrik edirəm. Artıq iki ildir ki, sərhədlərimizdə nə həlak olan, nə də yaralanan var. Bu, itirdiyimiz insanların xatirəsinə göstərilən ən böyük ehtiram nümunəsidir”, — deyə o vurğulayıb.

Paşinyanın fikrincə, “Qarabağ hərəkatı”nın davam etdirilməsi yalnız yeni qurbanlara, yeni müharibələrə və nəticədə Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxarardı.

“Mən Ermənistan Respublikasını azad etdim. Və bunu Ermənistan Respublikasına göstərdiyim ən böyük xidmət hesab edirəm”, — deyə Nikol Paşinyan sözünü yekunlaşdırıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər