Cəmiyyət

Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir?

02 Jun 2026, 17:51 9 baxış Admin
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir?

Lalə Abdullayeva Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin sədr müavini təyin edilib.

Bakupost.az Unikal-a istinadla xəbər verir ki, Lalə Elman qızı Abdullayeva 1976-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetində Metrologiya, standartlaşdırma və keyfiyyətin idarə edilməsi, Bakı Dövlət Universitetində isə Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə 2001-ci ildə MSK-nın Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsi ilə başlayıb. Sonrakı illərdə müxtəlif sığorta şirkətlərinin idarə heyətlərində təmsil olunub.

2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İnsan resursları, hüquq və kargüzarlığın təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 2024-cü ilin oktyabr ayından Agentliyin Transformasiya üzrə direktoru vəzifəsini icra edib.

Qeyd edək ki, son təyinatadək Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müşaviri kimi çalışıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər