Dünya

İranda hərbi güc nümayişi: “SEPAH-ın yeni dəniz texnikası sərgiləndi”

01 Jun 2026, 22:43 9 baxış Admin
İranda hərbi güc nümayişi: “SEPAH-ın yeni dəniz texnikası sərgiləndi”

İranda hökumət tərəfindən təşkil edilən İslam Respublikasına dəstək aksiyaları çərçivəsində Tehranda keçirilən mitinqdə SEPAH-a məxsus yeni hücum katerlərindən biri nümayiş etdirilib.
Bakupost.az xəbər verir ki, İnqilab meydanında baş tutan tədbirdə təqdim olunan görüntülərdə yeni hərbi dəniz platformasının xüsusiyyətləri barədə məlumatlar da paylaşılıb.
SEPAH-a yaxın xəbər mənbələrinin məlumatına görə, kater 700 kilometr məsafəyə qədər uçuş qabiliyyətinə malik dəniz əsaslı qanadlı raketlər daşıya bilir.
Eyni zamanda onun yüksək dalğalı dəniz şəraitində, təxminən 3 metr hündürlüyə çatan dalğalarda manevr və əməliyyat qabiliyyətinə sahib olduğu bildirilir.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər