Dünya

Qazaxıstan İranla bağlı bu xəbəri rəsmən təsdiqlədi

01 Jun 2026, 19:28 9 baxış Admin
Qazaxıstan İranla bağlı bu xəbəri rəsmən təsdiqlədi

Qazaxıstan İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu rəsmən təsdiqləyib.
Bakupost.az xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yerlan Jetıbayev bildirib.
"Qazaxıstan da daxil olmaqla bir sıra ölkələr, bütün tərəflər arasında beynəlxalq razılaşmaların əldə olunması və məsələnin praktiki müstəviyə keçməsi şərti ilə bu problemin həllində texniki yardım göstərməyə hazır olduqlarını bildiriblər", — deyə Qazaxıstan XİN-in nümayəndəsi Jetıbayev bəyan edib.
Onun sözlərinə görə, bütün tərəflərin razılığı olacağı təqdirdə hər hansı texniki detallar əlavə olaraq müzakirə ediləcək.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər