Cəmiyyət

Eldar Mahmudovun “sağ əli” vəfat etdi

01 Jun 2026, 16:39 7 baxış Admin
Eldar Mahmudovun “sağ əli” vəfat etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev vəfat edib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, general-mayor 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-in rəisi Eldar Mahmudovun “sağ əli” kimi tanınıb. 2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.

Mərhum bu gün torpağa tapşırılacaq.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər