Azad edilmiş ərazilərdə daha 284 mina tapıldı
01 Jun 2026, 12:26
1 baxış
Admin
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən ay icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) News24.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə may ayında 173 piyada əleyhinə mina, 111 tank əleyhinə mina, 1537 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 7520, 2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Mənbə:
news24.az