Dünya

Dua Lipa evləndi

01 Jun 2026, 12:00 6 baxış Admin
Dua Lipa evləndi

Dünyaca məşhur müğənni Dua Lipa və aktyor Kallum Terner rəsmən nikah masasına əyləşiblər.

Bakupost.az xəbər verir ki, 2024-cü ildə yayımlanan "Masters of the Air" serialının təqdimatından sonrakı ziyafətdə tanış olan cütlük, Londonda ailə həyatı qurub.

Toyun hər bir detalı o qədər sadə olub ki, Hollivudun dəbdəbəli və genişmiqyaslı şənliklərindən tamamilə fərqlənib. Cütlük bu seçimi ilə bir növ "sadəlik gözəllikdir" prinsipini nümayiş etdirib.

​Mərasimdə Dua Lipa "Schiaparelli" moda evinə məxsus, 1950-ci illərin əsilzadə gəlinlik dəbini xatırladan xüsusi geyimdə olub. Kallum Terner isə tünd göy rəngli kostyumu ilə diqqət çəkib.

​Xatırladaq ki, Kallum Terner müsahibələrinin birində ilk tanışlıqları barədə danışarkən bu sözləri qeyd etmişdi: “Onu ziyafətdə gördüyüm an ətrafımdakı heç kimi fərq etmədim. Qaranlığın içində parlayan bir işıq kimi idi. Həyatımdakı ən böyük şansım Duanın varlığıdır”.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər