Ermənistanın hərbi paradında İran izi - FOTO
30 May 2026, 22:05
7 baxış
Admin
Ermənistanda keçirilən son hərbi paradda nümayiş olunan texnikalar arasında ən çox müzakirə yaradan məqam Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin arsenalı olub.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qırıcıların üzərində İran istehsalı olan “Yassin” raketləri görüntülənib.
Qeyd edək ki, İranın müdafiə sənayesi tərəfindən hazırlanan “Yassin” sistemi rəsmi olaraq uzaq məsafədən hədəfi vura bilən idarəolunan aviasiya bombası tərkibli raket sistemi kimi tanınır. O, 50 km-dən çox məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir. Raketlərin effektiv uçuş məsafəsi 120 kilometrə çatır. Peyk naviqasiyası və daxili rəhbərlik sistemləri ilə təchiz olunub.
Mənbə:
bakupost.az