Qurbanov “Qarabağ”la bağlı qərar verdi
30 May 2026, 19:43
11 baxış
Admin
Son vaxtlar adı Türkiyə, Rusiya və Avropanın müxtəlif komandaları ilə yanaşı çəkilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni müqavilə imzalayıb.
Bakupost.az xəbər verir ki, o, Ağdam təmsilçisi ilə 3 illik sözləşməyə imza atıb. Bildirilib ki, yeni anlaşmaya əsasən, Qurbanov 2029-cu ilin yayına qədər “Qarabağ”a rəhbərlik edəcək.
Qeyd edək ki, bu barədə ilk məlumatı “Sportinfo.az” yayıb.
Mənbə:
bakupost.az