Cəmiyyət

Millimiz Fransanı darmadağın etdi, 1/8 finala yüksəldi

30 May 2026, 17:05 20 baxış Admin
Millimiz Fransanı darmadağın etdi, 1/8 finala yüksəldi

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Fransa ilə qarşılaşıb.
Bakupost.az xəbər verir ki, millimiz qrup birincisinin adına aydınlıq gətirmək üçün həlledici olan bu matçda Fransa yığmasının qapısından 3 top keçirib (3:1).
Bununla da Azərbaycan millisi F qrupunun lideri kimi 1/8 finala yüksəlib.
Qeyd edək ki, millimiz ilk turda Avstriya yığmasını 1:0, növbəti oyunda isə İtaliyanı 3:0 hesabı ilə məğlub etmişdi.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər