ABŞ-da erməni qadın 2 övladını, ərini daha sonra özünü öldürdü
29 May 2026, 14:45
6 baxış
Admin
ABŞ-ın Los-Anceles şəhərində erməni qadın iki azyaşlı uşağını, ərini və daha sonra özünü öldürüb.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, adı hələlik açıqlanmayan qadın 2 yaşlı oğlu Alek Basmacyanı, yeni doğulmuş qızı Ella Basmacyanı və əri, 31 yaşlı Xajak Basmacyanı qətlə yetirib, sonra isə özünə qəsd edib.
Polis hadisənin qətl - özünə qəsd olduğunu təsdiqləyib.
Qadının əri Xajak Basmacyanın “BlackLine” şirkətində proqramçı işlədiyi bildirilir.
Hadisənin motivləri hələlik açıqlanmır.
Araşdırmalar davam edir.
Mənbə:
bakupost.az