Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
29 May 2026, 13:42
7 baxış
Admin
Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko Astanada keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində Ermənistanla bağlı fikir mübadiləsi aparıblar.
Bakupost.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, liderlər sammit çərçivəsində bir neçə dəfə qısa söhbət ediblər:
“Ermənistan mövzusu ilə bağlı qısa fikir mübadiləsi oldu, amma geniş və məzmunlu danışıq baş tutmadı. Sadəcə buna vaxt olmadı”, - deyə Peskov bildirib.
Kreml nümayəndəsi əlavə edib ki, qeyri-rəsmi nahar zamanı liderlərin birlikdə ətraflı söhbət etmək imkanı yaranıb.
Mənbə:
bakupost.az