Dünya

Polşanın keçmiş baş naziri Zelenskiyə dəstəyi dayandırmağa çağırdı

29 May 2026, 13:22 7 baxış Admin
Polşanın keçmiş baş naziri Zelenskiyə dəstəyi dayandırmağa çağırdı

Polşa hakimiyyəti Ukrayna prezidenti Volodimir Zelenskini dəstəkləməyi dayandırmalıdır.

News24.az xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller sosial media səhifəsində Kiyevin millətçi təbliğatının və soyqırımı simvolizminin nəticələri ilə üzləşməyin vaxtı çatdığını bildirən polşalı jurnalist Lukaş Varçeçanın paylaşımına cavab olaraq yazıb.

Miller paylaşımında "Hansı daha iyrəncdir? Zelenskinin qərarı, yoxsa Polşa hakimiyyətinin reaksiya verməməsi?" – deyə qeyd edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər