Avropa öz iqtisadiyyatını Çindən belə qoruyacaq
29 May 2026, 10:58
5 baxış
Admin
Avropa Birliyi Çinlə ticarətin yaratdığı disbalanslardan iqtisadiyyatını qorumaq üçün alətlər paketini genişləndirəcək.
Bakupost.az xəbər verir ki, bu barədə AB-nin sənaye strategiyası üzrə komissarı Stefan Sejurne bildirib.
Avrokomissar izah edib ki, Brüssel AB iqtisadiyyatının müəyyən sahələrinə yardım məqsədilə Çinə qarşı idxal kvotaları və rüsumların tətbiqini gücləndirəcək. Söhbət kimya sənayesi, metallurgiya və yaşıl texnologiyalar sahəsindən gedir. Avropa Birliyi bu addımları Çinin haqsız rəqabətindən müdafiə kimi qiymətləndirir.
Bununla yanaşı, Sejurne vurğulayıb ki, məqsəd Çinlə münasibətləri pozmaq deyil.
Mənbə:
bakupost.az