Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
28 May 2026, 22:10
6 baxış
Admin
Dünyanın ən hündür göydələni olan Dubaydakı Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki konsulluğu X sosial şəbəkə hesabında məlumat yayıb.
"Hal-hazırda Dubay şəhərində dünyanın ən hündür göydələni olan Bürc Xəlifə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb", - paylaşımda bildirilib.
Mənbə:
bakupost.az