Dünya

Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

28 May 2026, 00:56 13 baxış Admin
Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Gürcüstanın paytaxtı Tbilisinin rəmzi olan abidələrdən biri - Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

News24.az xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə Tbilisidə Azərbaycan bayrağının rənglərinə bürünmüş işıq şousu təşkil olunub.

Şəhərin memarlıq simvollarından biri olan Sülh körpüsü Azərbaycan bayrağının mavi, qırmızı və yaşıl rəngləri ilə işıqlandırılıb.

Aksiya Azərbaycanın milli bayramına dost Gürcüstanın diqqət və ehtiramının göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə simvolik abidələrin işıqlandırılması artıq bir neçə ildir ənənəyə çevrilib və yerli ictimaiyyət tərəfindən müsbət qarşılanır. (Report)

Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər