Türkiyədə qurban kəsimlərində 13 mindən çox insan xəsarət aldı
28 May 2026, 00:20
11 baxış
Admin
Türkiyədə Qurban bayramının ilk günü 13 mindən çox insan xəsarət alıb.
News24.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu açıqlayıb.
O bildirib ki, Qurban bayramının ilk günündə kəsim zamanı baş verən xəsarətlər səbəbindən tibb müəssisələrinə ümumilikdə 13 min 513 nəfər müraciət edib.
Nazir vətəndaşları kəsim prosesində diqqətli olmağa çağırıb. (Qafqazinfo)
Mənbə:
news24.az