Cəmiyyət

Lökbatan-Güzdək yolunda alternativ yol çəkilir

27 May 2026, 14:44 9 baxış Admin
Lökbatan-Güzdək yolunda alternativ yol çəkilir

Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

Bu barədə News24.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.

Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər