"Neftçi"nin futbolçusu "Pafos" klubuna keçdi
26 May 2026, 11:40
14 baxış
Admin
"Neftçi"nin və U-21 millisinin futbolçusu Murad Məmmədov Kiprin "Pafos" klubuna keçib.
Bu barədə News24.az-a Bakı klubunun mətbuat xidmətindən bildirilib.
2024/2025 mövsümündən əsas komandanın şərəfini qoruyan 20 yaşlı futbolçu bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 millisinin heyətində 10 matçda 1 qola imza atıb.
Mənbə:
news24.az