Dünya

Ağ Evin yaxınlığında atəş səsləri eşidildi - VİDEO

24 May 2026, 02:41 17 baxış Admin
Ağ Evin yaxınlığında atəş səsləri eşidildi - VİDEO

ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında atəş səsləri eşidilib.

News24.az xəbər verir ki, atəş Ağ Evin binasından kənarda açılıb. Hadisə zamanı ümumilikdə 20–30 atəş səsinin eşidildiyi bildirilir. Polis əməkdaşları hadisə yerinə cəlb olunub.

ABC telekanalının jurnalistləri Ağ Evdən canlı yayım zamanı atəş səslərini qeydə alıblar. Bundan sonra yayım təcili dayandırılıb, jurnalistlər isə təhlükəsizlik məqsədilə təxliyə ediliblər.(apa)


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər