Dünya

Muğlada 4,3 bal gücündə zəlzələ oldu

23 May 2026, 17:50 11 baxış Admin
Muğlada 4,3 bal gücündə zəlzələ oldu

Türkiyənin Muğla vilayətində zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Datça rayonu yaxınlığında, Egey dənizində 4,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 16:34-də qeydə alınıb.

Məlumata görə, zəlzələnin ocağı 12,4 kilometr dərinlikdə olub. Təkanların ətraf ərazilərdə də hiss olunduğu bildirilir. Hazırda dağıntı və ya xəsarətlə bağlı rəsmi məlumat açıqlanmayıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər