Cəmiyyət

Sabiq deputatın oğluna yüksək vəzifə verildi - Foto

20 May 2026, 18:15 20 baxış Admin
Sabiq deputatın oğluna yüksək vəzifə verildi - Foto

"Azərsutəchizattikinti" ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin sabiq deputatı Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova yüksək vəzifə verilib.

News24.az xəbər verir ki, o, Mərkəz Regional Futbol Federasiyasının prezidenti seçilib.

Mayın 20-də federasiyanın növbədənkənar V hesabat-seçki yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüsal Mirzəcan oğlu Xəlilov növbəti 5 il müddətində sözügedən quruma rəhbərlik edəcək.

Xatırladaq ki, V.Xəlilovun atası Mirzəcan Xəlilov V çağırış (2015-2020) Milli Məclisin deputatı olub. (yenisabah.az)

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər