Cəmiyyət

Bakı-Tiflis qatarında plaskart vaqonlar olmayacaq

20 May 2026, 17:29 19 baxış Admin
Bakı-Tiflis qatarında plaskart vaqonlar olmayacaq

Mayın 26-dan fəaliyyətə başlayacaq Bakı-Tiflis-Bakı marşrutu üzrə qatarlarda plaskart tipli vaqonlar olmayacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Bildirilib ki, sərnişinlərə komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq.

Qeyd edək ki, qatarlar yataq tipli vaqonlardan ibarət olacaq. Bakı-Tiflis-Bakı marşrutu üzrə səyahət tarifləri isə Bakı-Tiflis: 81 AZN-dən, Yevlax-Tiflis: 67 AZN-dən, Gəncə-Tiflis: 62 AZN-dən, Ağstafa-Tiflis: 57 AZN-dən, Böyük Kəsik-Qardabani: 51 AZN-dən başlayır.

Xatırladaq ki, ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər