Cəmiyyət

Bu rayonlarda 5 gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ

19 May 2026, 16:30 13 baxış Admin
Bu rayonlarda 5 gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ

Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər