Dünya

İranda kütləvi toy - Zirehli texnikalar gəlin maşını oldu - Fotolar

19 May 2026, 10:47 12 baxış Admin
İranda kütləvi toy - Zirehli texnikalar gəlin maşını oldu - Fotolar

Tehranda qeyri-adi kütləvi nikah mərasimi keçirilib.

News24.az xəbər verir ki, şəhərin müxtəlif bölgələrində eyni vaxtda ümumilikdə 1000 cütlük ailə həyatı qurub.

Mərasimin ən diqqətçəkən məqamlarından biri isə toy karvanı olub. Belə ki, hərbi avtomobillər və zirehli texnikalar çiçəklər, çəhrayı və ağ şarlarla bəzədilərək gəlin maşınlarına çevrilib.

Bildirilib ki, həmin texnikaları bəylər özləri idarə ediblər.

Tədbirin əsas məkanlarından biri İmam Hüseyn meydanı olub. Burada 110 cütlüyün nikahı rəsmiləşdirilib. /Fars News /

Content Image
Content Image
Content Image
Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər