Dünya

Bütün millətlərdən istifadə etməliyik - İran prezidenti

18 May 2026, 18:00 12 baxış Admin
Bütün millətlərdən istifadə etməliyik - İran prezidenti

Digərlərini bizdən daha yaxşı olduğu üçün uzaqlaşdırmamalıyıq. Bu ölkədə yaşayan hər kəsdən - təfəkkür tərzindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq - ölkənin şərəfi və qüruru üçün istifadə etməliyik.

Bakupost.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Bütün bu insanların öz missiyalarını yerinə yetirmələrinə və özlərini göstərmələrinə imkan verməliyik. Düşünməməliyik ki, biz hər şeyi bilirik və özümüzün müəyyən etdiyimiz siyasəti başqalarına diktə etməliyik", - o əlavə edib.

Pezeşkian göstəriş və diktə dili ilə danışmağın dağınıqlıq yaratdığını söyləyib:

"Məsləhətləşmə olmadan heç bir qərar müsbət nəticə verə, ictimaiyyətin iştirakı olmadan heç bir iş yerinə yetirilə bilməz".

İran prezidenti kadrların yalnız bacarıq və ləyaqətlərinə görə dəyərləndirilmələri və vəzifəyə təyin edilmələrinin vacibliyini vurğulayıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər