Kallas Putinlə danışıqlarda vasitəçi olmaqdan imtina etdi
18 May 2026, 16:00
16 baxış
Admin
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Moskva ilə aparılacaq danışıqlarda vasitəçi missiyası üçün öz namizədliyini istisna edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Politico" nəşri üç avropalı diplomata istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Kallasın anti-Rusiya mövqeyi Rusiya Prezidenti Vladimir Putinin onunla danışıqlardan imtina etməsinə səbəb ola bilər.
"Təəssüf ki, o, özünü namizədlər siyahısından çıxarıb", — deyə Aİ-nin yüksəkrütbəli diplomatlarından biri qeyd edib.
Mənbə:
bakupost.az