WUF13: BMT və Azərbaycanın bayraqları qaldırıldı
17 May 2026, 15:49
13 baxış
Admin
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində rəsmi bayraq qaldırma mərasimi keçirilib.
Bakupost.az xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının (BMT) və Azərbaycan Respublikasının dövlət bayraqları qaldırılıb.
Bayraq qaldırma mərasimi forumun rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib.
Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək davam edəcək.
Mənbə:
bakupost.az