Zimbabvenin Vitse-prezidenti Azərbaycana gəldi
17 May 2026, 10:18
12 baxış
Admin
Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də ölkəmizə səfərə gəlib.
News24.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
Mənbə:
news24.az