WUF13 üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI
16 May 2026, 13:55
11 baxış
Admin
16 may 2026-cı il tarixinə olan məlumata görə, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) rəsmi olaraq 182 ölkədən 40.000-dən çox qeydiyyatdan keçib.
News24.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
“Bu güclü qlobal reaksiya WUF13-ün arxasındakı artan impulsu və daha təhlükəsiz, daha inklüziv və dayanıqlı şəhərlər və icmalar formalaşdırmaq üçün ortaq öhdəliyi əks etdirir. Bakı dünyanı qarşılamağa hazırdır”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, WUF13 17-22 may tarixlərində keçiriləcək.
Mənbə:
news24.az