Kann festivalının fəxri mükafatı ona verildi
16 May 2026, 00:13
17 baxış
Admin
Amerikalı aktyor Con Travolta Kann Film Festivalında fəxri "Qızıl Palma Budağı" mükafatına layiq görülüb.
News24.az xəbər verir ki, Travolta ilk rejissorluq işi olan "Pervan: Birtərəfli Gecə"ni təqdim etmək üçün festivala qatılıb.
79-cu Kann Film Festivalı 12 mayda açılıb. Festival 23 maya qədər davam edəcək. Baş mükafat uğrunda 20-dən çox film mübarizə aparacaq. (Unikal)
Mənbə:
news24.az