Cəmiyyət

Şuşaya köçəcək sakinlərə

15 May 2026, 22:22 11 baxış Admin
Şuşaya köçəcək sakinlərə

Şuşada daha altı ədəd dördmərtəbəli yaşayış binası tikiləcək.
Bakupost.az xəbər verir ki, bununla bağlı müvafiq prosedur artıq tamamlanıb.
Belə ki, Şuşa şəhərinin D-5 massivində birinci mərhələ çərçivəsində altı ədəd dördmərtəbəli yaşayış binasının inşası nəzərdə tutulur.
Tikinti işləri ilə bağlı "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi ilə "Diler İnşaat" QSC arasında müqavilə bağlanıb. Layihənin icrasına 12 milyon 984 min 241 manat vəsait ayrılacaq.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər