"Yeşilçam"ın əfsanəvi aktyoru xəstəxanaya yerləşdirildi: Vəziyyəti...
15 May 2026, 20:49
12 baxış
Admin
Uzun müddətdir müalicə alan türkiyəli məşhur aktyor Kadir İnanır xəstəxanaya yerləşdirilib.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ötən gecə aktyorun səhhətində problem yaranıb.
Aparılan müayinələrdən sonra sənətçiyə pnevmoniya (ağciyər iltihabı) diaqnozu qoyulub.
Aktyora həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Mənbə:
bakupost.az