Dünya

Ukrayna bayraqları endirdi

15 May 2026, 10:48 10 baxış Admin
Ukrayna bayraqları endirdi

Rusiyanın mayın 14-də Kiyevə hücumu nəticəsində 3-ü uşaq olmaqla 24 nəfərin həlak olması ilə əlaqədar Ukraynanın dünyanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərində bayraqlar endirilib və xatirə kitabı açılıb.

Bakupost.az Globalinfo.az-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial media hesabında paylaşım edib.

Diplomat faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib:

“Bu gün dünyanın müxtəlif ölkələrindəki Ukrayna diplomatik nümayəndəliklərində, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib və xatirə kitabları açılıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər