Cəmiyyət

Elçin Əfəndiyevin məzarı ziyarət olundu

13 May 2026, 15:27 12 baxış Admin
Elçin Əfəndiyevin məzarı ziyarət olundu

Xalq yazıçısı, siyasi xadim Elçin Əfəndiyevin anadan olmasının 83 illiyi münasibətilə I Fəxri xiyabanda məzarı ziyarət olunub.

Bakupost.az xəbər verir ki, ailə üzvləri, sənət yoldaşları, dostları onun xatirəsini anaraq məzarı üzərinə güllər düzüblər.

Qeyd edək ki, E.Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenlərinə, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

O, ötən ilin avqustunda 82 yaşında vəfat edib.


Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər