Cəmiyyət

WUF13 müddətində məktəblərdə tədris belə aparılacaq - Valideynlərin diqqətinə!

13 May 2026, 11:37 15 baxış Admin
WUF13 müddətində məktəblərdə tədris belə aparılacaq - Valideynlərin diqqətinə!

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçiriləcəyi günlərdə Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil ediləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a bildirilib ki, Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər “Rəqəmsal məktəb” platforması üzərindən tədris olunacaq.

Müəllimlər şəxsi kabinetlərindəki “Microsoft” alətləri bölməsi vasitəsilə “Teams” platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər.

Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər