Cəmiyyət

Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ

13 May 2026, 10:41 10 baxış Admin
Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ

Qurban bayramı ilə əlaqədar pensiya, müavinət və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, mayın 27-28-i Qurban bayramı günləridir və hər ay pensiya, müavinət və digər sosial ödənişlərin qrafik üzrə ödənişi ayın 27-dək olan dövrdə artıq yekunlaşmış olur.

Beləliklə, sosial ödənişlərin verilməsi ilə bağlı əlavə dəyişiklik və ya öncədən ödəniş mexanizminin tətbiqinə ehtiyac yaranmır. // Modern.az

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər