Azərbaycanlı tələbənin Çexiyada fərdi sərgisi keçiriləcək - FOTO
12 May 2026, 21:47
12 baxış
Admin
Çexiyanın Praqa şəhərində azərbaycanlı tələbə Ülviyyə İmanın ilk fərdi rəsm sərgisi keçiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi, Ülviyyə İmanın anası Nigar Köçərli sosial şəbəkə hesabında paylaşım edib.
Bildirib ki, sərgi mayın 14-ü saat 18:00-da baş tutacaq.
Giriş sərbəstdir. Sərgi bir həftə davam edəcək.
Mənbə:
bakupost.az