Cəmiyyət

Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir

12 May 2026, 22:00 6 baxış Admin
Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir

Şuşa şəhərinə giriş və çıxış istiqamətləri dəyişdirilir.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, artıq 5 gündür ki, profilaktik tədbirlər həyata keçirilir, sürücülərə xəbərdarlıqlar edilir və maarifləndirici-təbliğat işləri aparılır.
Bildirilir li, Xankəndi şəhəri istiqamətindən Şuşa şəhərinə giriş İstiqlal küçəsi, şəhərdən çıxış isə 8 Noyabr küçəsi istiqamətində təşkil olunacaq.
Bununla yanaşı, qala divarlarının yaxınlığındakı yol və İstiqlal küçəsində yerləşən yol birtərəfli hərəkət üçün tənzimlənib.
Göstəriş xətt üzrə hərəkət etməyən sürücülər müvafiq qayda pozuntusuna görə müvafiq qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb ediləcəklər.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər