Dünya

16 yaşlı qızlarını “namus”a görə öldürən cütlük həbs edildi

25 Nov 2026, 14:35 2 baxış Admin
16 yaşlı qızlarını “namus”a görə öldürən cütlük həbs edildi

İranın Kürdüstan əyalətinin Sənəndəc şəhərində 16 yaşlı Heliya Fəttahini öldürən valideynləri həbs edilib.
"Bakupost" xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Cinayətkar cütlük qətli etiraf edib və bunu namus məsələsinə görə törətdiklərini deyiblər.
Onlar əvvəlcə Heliyaya yuxu dərmanı içirtdiklərini, o huşunu itirəndən sonra üzünə yasdıq qoyaraq boğduqlarını buldiriblər.
Qeyd edək ki, oktyabr və noyabr aylarında İranda 11 yeniyetmə və gənc qız “namus” iddiası ilə ailələri tərəfindən öldürülüb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər