İdman

“Qarabağ”ın oyununa getmək istəyənlərin nəzərinə!

25 Nov 2026, 14:02 4 baxış Admin
“Qarabağ”ın oyununa getmək istəyənlərin nəzərinə!

Premyer Liqanın 13-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

News24.az xəbər verir ki, bu barədə “atlılar”ın Mətbuat xidməti məlumat yayıb.

Qiymətlər 3 və 15 manatdır.

Noyabrın 29-u keçiriləcək matça saat 17:00-da start veriləcək.

Qeyd edək ki, “Qarabağ” 12 turdan sonra 20 xalla 4-cü sırada qərarlaşıb. Aktivində 10 xalı olan “Sumqayıt” isə 10-cudur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər