Milli Məclis Abşeron yatağı ilə bağlı sazişi təsdiqlədi
24 Nov 2026, 13:01
2 baxış
Admin
Milli Məclisin plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC İnternational ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
News2.az xəbər verir ki, müzakirələrin yekununda səsverməyə qoyulan sənəd deputatlar tərəfindən təsdiqlənib.
Mənbə:
news24.az