Dünya

Polşalı turist Nigeriya əmirini cinsi təcavüzdə ittiham etdi

24 Nov 2026, 11:11 4 baxış Admin
Polşalı turist Nigeriya əmirini cinsi təcavüzdə ittiham etdi

Polşalı turist Nigeriyada Dauranın əmiri Faruk Umar Faruku cinsi təcavüzdə ittiham edib. Qadın iddiasını təsdiqləmək üçün hadisənin videosunu da təqdim edib.

News24.az xəbər verir ki, “The Punch” qəzetinin məlumatına görə, Mirka Çin Nigeriyaya səfəri zamanı bir neçə şəhərdə olub. O, səfər çərçivəsində Dauranı da ziyarət edib və yerli hakimiyyətin təşkil etdiyi saray turuna qatılıb.

Polşalı turistin sözlərinə görə, sarayda ona şəhərin tarixi barədə məlumat verilib, daha sonra isə əmir Faruk Umar Farukla görüşmək üçün otağa aparılıb. Qadın iddia edib ki, əmir onu yanında oturmağa dəvət edib, ardınca isə ona qarşı arzuolunmaz fiziki hərəkətlərə yol verib.

Mirka Çinin bildirdiyinə görə, o, müqavimət göstərsə də, əmir əlindən tutub, yanağından öpüb və sinəsinə toxunub. Qadın hadisəni daxili kamerası olan “Ray-Ban” eynəyi vasitəsilə qeydə aldığını bildirib.

Turist daha sonra görüntüləri sosial şəbəkələrdə yayımlayıb. Lakin onun sözlərinə görə, paylaşım şikayətlərdən sonra silinib.

Dauranın yerli hakimiyyət orqanları isə təqib iddialarını rədd edib. Bununla yanaşı, yayılan videonun həqiqiliyinin araşdırılacağını açıqlayıblar.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər