Dünya

2 şagirdə qarşı zorakılıq edən müəllimə həbs olundu

24 Nov 2026, 10:39 5 baxış Admin
2 şagirdə qarşı zorakılıq edən müəllimə həbs olundu

İngiltərədə 1980-ci illərin sonlarında iki məktəbliyə qarşı cinsi zorakılıqda təqsirli bilinən 65 yaşlı keçmiş kimya müəlliməsi Salli-En Bouen hökmün elan olunacağı məhkəmə iclasına gəlmədiyi üçün saxlanılıb.
"Bakupost" xəbər verir ki, hadisələr müəllimənin Londonda yerləşən oğlanlar məktəbində işlədiyi dövrdə baş verib.
Həmin vaxt təxminən 20 yaşında olan Bouen 14-15 yaşlı iki şagirdə qarşı zorakılıq edib. O, bu il məhkəmədə cinsi zorakılıqla bağlı yeddi ayrı ittiham üzrə təqsirli bilinib.
Zərərçəkənlərdən biri zorakılığın bir neçə ay davam etdiyini və müəllimənin ona baş verənlər barədə heç kimə danışmaması üçün təzyiq göstərdiyini bildirib.
Bouen noyabrın 20-də Harrou Kral Məhkəməsində keçirilən hökm iclasına gəlməyib.
Onun barəsində həbs qərarı çıxarılıb. Polis keçmiş müəlliməni noyabrın 20-də Hempşir qraflığında saxlayıb. Noyabrın 21-də hakim qarşısına çıxarılan qadın həbs edilib.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər